


Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar
Tbilisi, 19 avqust, AZƏRTAC
Türkiyənin “Maarif” Məktəblərinin Gürcüstan nümayəndəliyinin baş direktoru Faruk Tekşen və qurumun Marneuli kampusunun yeni təyin olunmuş rəhbəri Ali Yetgin avqustun 19-da “Azərbaycan Evi” və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzini (GAİM) ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Evi”nin və GAİM-in direktoru Məhəbbət İmanov qonaqlara mərkəzlərin fəaliyyəti, burada yaradılmış şərait, həyata keçirilən layihələr və müxtəlif istiqamətlər üzrə təşkil olunan tədris kursları barədə ətraflı məlumat verib. Daha sonra tərəflər mövcud əməkdaşlıq əlaqələri və gələcəkdə birgə həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparıblar. Qonaqlar “Azərbaycan Evi” və GAİM-də görülən işləri yüksək qiymətləndirərək qarşılıqlı əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşün sonunda Məhəbbət İmanov qonaqlara 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər salnaməsi” və Azərbaycan Diasporuna Dəstək Fondunun yardımı ilə çapdan çıxmış “Azərbaycan musiqisinin inciləri” kitablarını hədiyyə edib.
Zərifə Quliyeva beynəlxalq təşkilat tərəfindən “Onur Belgesi” ilə təltif olunub
Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar
“O kadrı təkcə mən çəkmişəm...” - Danışır tarixi fotoların müəllifləri VİDEO
Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir