×
A
A
A
Sazlamalar

Konfrans Liqası: “Qarabağ” “Tvente” ilə oyun üçün Niderlanda yola düşüb

Bakı, 19 avqust, AZƏRTAC
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Niderlandda “Tvente” klubunun qonağı olacaq “Qarabağ” matçın keçiriləcəyi ölkəyə yollanıb.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan Ensxede şəhərinə yola düşüb.
Qeyd edək ki, avqustun 20-də Niderlandın Ensxede şəhərindəki “Qrols Veste” stadionunda keçiriləcək “Tvente” – “Qarabağ” oyunu saat 22:00-da başlayacaq. Cavab qarşılaşması isə avqustun 27-də Bakıda keçiriləcək.

İdman 2026-08-19 13:56:00