


“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb
Bakı, 19 avqust, AZƏRTAC
İtaliyanın “Roma” komandası Rodriqo Moranı Portuqaliyanın “Portu” klubundan transfer edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Romanın eyniadlı klubu rəsmi saytında məlumat yayıb.
“Canavarlar” 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Portuqaliyalı hücumameyilli yarımmüdafiəçinin transfer məbləği 25 milyon avro təşkil edib. O, yeni komandasında 86 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Rodriqo Mora “Portu”nun əsas komandasında 80 oyuna çıxıb və 16 qol vurub.
Azərbaycanın 2 hakimi UEFA-nın yay kursunda iştirak edəcək
Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb
Konfrans Liqası: “Qarabağ” “Tvente” ilə oyun üçün Niderlanda yola düşüb
“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb