


Rusiya Xarkov vilayətinə raket zərbəsi endirib, 10 mülki şəxs həlak olub
Kiyev, 18 avqust, AZƏRTAC
Avqustun 18-də Rusiya qoşunları Xarkov vilayətinin Peçeneqi qəsəbəsinə raket zərbəsi endirib. Son məlumatlara görə, 10 mülki şəxs həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarkov vilayəti dövlət administrasiyasının rəhbəri Oleq Sinequbov Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, daha 8 dinc sakin yaralanıb. Onlara zəruri tibbi yardım göstərilib.
Vilayət dövlət administrasiyasının rəhbəri əlavə edib ki, Rusiyanın hücumu nəticəsində 10 evə, kafe, poçt şöbəsi və mağazaya, həmçinin 7 avtomobilə ziyan dəyib.
Böyük Britaniyada iş vakansiyalarının sayı son beş ilin ən aşağı səviyyəsinə enib
Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir
Bal ayına gedən britaniyalı cütlük Yunanıstanda helikopter qəzasında həlak olub
İngiltərədə əlilliyi olan şəxslər üçün avtobuslarda 24 saat pulsuz gediş tətbiq ediləcək
Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar