


Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO
Bakı, 15 avqust, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 45 yaşlı Rəfail İsayev saxlanılıb. Onun idarə etdiyi avtomobildən 9 kiloqram narkotik vasitə aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi
İmişlidə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO
İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var
Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – FOTOLAR