×
A
A
A
Sazlamalar

Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb

Bakı, 14 avqust, AZƏRYAC

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin nəticələri açıqlanıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, iyulun 23-dən etibarən portal.edu.az platforması vasitəsilə 39 min 735 nəfərdən ümumilikdə 150 min 354 müraciət daxil olub. Nəticədə 24 min 161 nəfər müsabiqədən uğurla keçib.
Qeyd olunub ki, müsabiqədən keçən namizədlər avqustun 25-i saat 18:00-dək tələb olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müsabiqədən keçən şəxslərin müəyyən olunmuş tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onların müvafiq ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Elm və təhsil 2026-08-14 22:13:00