×
A
A
A
Sazlamalar

BDU-da yaradılan Abituriyent Məlumat Mərkəzinə 30-dan çox müraciət daxil olub

Bakı, 14 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) ixtisas seçimi edəcək abituriyentlər üçün yaradılan Abituriyent Məlumat Mərkəzinə ilk gündən 30-dan çox müraciət daxil olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, bununla yanaşı, universitetin xüsusi “WhatsApp” nömrəsi vasitəsilə 100-dən çox şəxsin sorğusu operativ şəkildə cavablandırılıb. Məlumat Mərkəzinin və "WhatsApp" xəttinin yaradılmasında əsas məqsəd abituriyentləri BDU-da tədris olunan ixtisaslar, qəbul qaydaları, keçid balları, plan yerləri və təhsil imkanları barədə ətraflı məlumatlandırmaqdır. Mərkəz, həmçinin gənclərin maraq və gözləntilərinə uyğun düzgün istiqamətləndirilməsinə dəstək göstərir.
Abituriyent Məlumat Mərkəzi avqustun 19-na qədər həftənin hər günü saat 10:00-dan 18:00-dək BDU-nun əsas tədris binasının 1-ci mərtəbəsində fəaliyyət göstərəcək.

Elm və təhsil 2026-08-14 18:20:00