×
A
A
A
Sazlamalar

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib

Bakı, 14 avqust, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünə start verilib.
AZƏRTAC xəbər verir ki, açılış oyunu Tovuzda keçirilib. Yerli "Turan Tovuz" doğma meydanda "Qəbələ" ilə qarşılaşıb.
Görüşün taleyini 1 qol həll edib. Tovuz təmsilçisinin müdafiəçisi Enrike Silva 35-ci dəqiqədə topu rəqib qapısından keçirib.
Beləliklə, "Turan Tovuz" yeni mövsümə qələbə, "Qəbələ" isə məğlubiyyətlə başlayıb.
Qeyd edək ki, I turun digər oyunları avqustun 15, 16 və 17-də keçiriləcək.

İdman 2026-08-14 21:28:00