


Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb
Bakı, 14 avqust, AZƏRTAC
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov “Sabahın Ulduzları” turniri barədə fikirlərini bildirib.
AZƏRTAC xəbər verir ki, o, AFFA-nın rəsmi saytına açıqlamasında layihənin uşaq, yeniyetmə, gənclər futbolunda vacib olduğunu deyib.
Mütəxəssisin sözlərinə görə, yeniyetmə futbolçuların turnirlərdə çıxış etməsi çox vacibdir: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb. Bu tip yarışların təkcə Bakıda deyil, bölgələrdə də mümkün qədər çox təşkili Azərbaycan futbolunun yalnız xeyrinə olar. Beləliklə, milli komandaların məşqçiləri də oradan çıxan istedadları görər, gələcəkdə onların peşəkarlaşmalarına kömək edərlər”.
Ayxan Abbasov bildirib ki, valideynlər də övladlarında istedad görürlərsə, onlara inansınlar, arxalarında dursunlar: “Çünki futbolçu olmaq üçün bir çox mərhələlərdən keçməlisən. Bu çətinlikləri asanlaşdırmaq baxımından valideyn dəstəyi çox vacibdir. Burada ən ağır iş məşqçilərə düşür. Akademiyalardakı məşqçilər futbolumuzun bünövrəsini qoyanlardır. Gənc futbolçuların yetişməsində həmin məşqçilərin əməyi böyükdür. Futbolumuz inkişaf etdikcə, onlar da öz məşqçilik bacarıqlarını inkişaf etdirməlidirlər”.
“Beşiktaş” yeni transferi Duşan Vlahoviçi ictimaiyyətə təqdim edib
Almaniya və İtaliya arasında sığınacaq axtaran şəxslərin qəbulu ilə bağlı fikir ayrılığı yaranıb
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb
“İdman TV” yeni mövsümdə nüfuzlu futbol yarışlarını yayımlayacaq