×
A
A
A
Sazlamalar

Qazaxıstanda elektrik enerjisinin verilişi bərpa olunur – YENİLƏNİB

Astana, 14 avqust, AZƏRTAC
Qazaxıstanda “KEGOC” SC-nin xətti üzrə elektrik enerjisinin verilişi tam həcmdə bərpa olunub.
AZƏRTAC Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, hazırda regional enerji təchizatı təşkilatları tərəfindən ayrı-ayrı istehlakçıların elektrik şəbəkəsinə mərhələli şəkildə qoşulması həyata keçirilir. Yaxın vaxtlarda elektrik enerjisinin verilişi tam bərpa olunacaq.
Nazirlik, həmçinin bəzi sosial media səhifələrində Özbəkistanda elektrik enerjisinin verilişində yaranan fasilələrin Qazaxıstanın enerji sistemindəki qəza nəticəsində baş verdiyinə dair yayılan məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb.
Vəziyyət Energetika Nazirliyinin nəzarətindədir.

16:05

Qazaxıstanın bir sıra regionlarında elektrik enerjisi istehlakçılarının şəbəkədən ayrılması baş verib.
AZƏRTAC Qazaxıstan Energetika Nazirliyinə istinadla xəbər verir ki, avqustun 14-də Mərkəzi Asiya enerji sistemindən elektrik enerjisi axınının kəskin dəyişməsi nəticəsində ölkənin enerji sistemində güc artımı baş verib. Nəticədə qəza əleyhinə qurğu işə düşüb və bu, Qazaxıstanın bəzi regionlarında bir sıra elektrik enerjisi istehlakçılarının şəbəkədən ayrılmasına səbəb olub.
Hazırda sistem operatoru “KEGOC” SC zəruri bərpa işləri aparır. Bir sıra regionlarda elektrik enerjisinin verilişi artıq bərpa olunub.
Vəziyyət Energetika Nazirliyinin nəzarətindədir. Elektrik enerjisinin verilişinin bərpasının gedişi barədə əlavə məlumat veriləcək.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Dünya 2026-08-14 16:54:00