×
A
A
A
Sazlamalar

Azərbaycanın ticarət dövriyyəsinin həcmi açıqlanıb

Bakı, 10 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 9,1 faiz artaraq 26 milyard 54,2 milyon dollar təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə ixracın dəyəri 43,2 faiz artaraq 17 milyard 713,1 milyon dollar, o cümlədən qeyri-neft-qaz ixracı 3,2 dəfə artaraq 5 milyard 548,4 milyon dollar olub. Altı ayda idxalın dəyəri isə 27,6 faiz azalaraq 8 milyard 341,1 milyon dollar təşkil edib.

İqtisadiyyat 2026-08-10 18:56:00