


"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq VİDEO
Bakı, 10 avqust, AZƏRTAC
Matça ciddi hazırlaşmışıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu İvan Lepinitsa UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Danimarkanın "Orxus" komandası ilə keçirəcəkləri cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
"İlk matçda rəqibin iki real şansı oldu ki, onları da qola çevirdi. Komandamıza inanıram və ümid edirəm ki, növbəti mərhələyə keçən tərəf biz olacağıq", - deyə yarımmüdafiəçi bildirib.
Qeyd edək ki, avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq “Sabah” – “Orxus” görüşü saat 20:00-da başlayacaq. Komandalar arasında Danimarkada keçirilmiş ilk matçda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.
Bu cütün qalibi pley-off mərhələsində "Srvena Zvezda" - "Hapoel" (Ber-Şeva, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə Avropa Liqasının pley-offunda "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib
"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq VİDEO
Valdas Dambrauskas: Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik VİDEO
UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub