


Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar
Bakı, 10 avqust, AZƏRTAC
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə “Yon Kornianu & Ladislav Simon” turniri keçirilib.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, memorialda ölkəmizi yunan-Roma güləşi üzrə millinin üzvləri təmsil ediblər.
Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında ənənəvi yarışda mübarizə aparan güləşçilərimiz 5 medal qazanıblar. Fərid Sadıxlı (55 kiloqram), Fərid Xəlilov (67 kiloqram), Qurban Qurbanov (87 kiloqram) və Məzaim Mərdanov (130 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İlkin Qurbanov (63 kiloqram) isə bürünc medal qazanıb.
Azərbaycan millisi komanda hesabında 2-ci yeri tutub.
“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib
"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq VİDEO
Valdas Dambrauskas: Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik VİDEO
UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub