


Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb
Bakı, 10 avqust, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünün I turunun oyun cədvəli məlum olub.
Peşəkar Futbol Liqasından (PFL) AZƏRTAC-a verilən məlumata görə, turun matçları 4 günü əhatə edəcək.
Çempionlar Liqasında çıxış edən “Sabah” klubunun müraciətini, “Kəpəz”in razılıq məktubunu nəzərə alan PFL Azərbaycanın beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq, həmin komandalar arasında baş tutacaq 1-ci və 2-ci dövrə oyunlarının yerini dəyişib.
14 avqust (cümə)
19:30. “Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu.
15 avqust (şənbə)
18:30. “Araz-Naxçıvan” – “İmişli”
Qəbələ şəhər stadionu.
20:45. “Sabah” – “Kəpəz”
“Bank Respublika Arena”.
16 avqust (bazar)
19:00. “Sumqayıt” – “Neftçi”
“SOCAR Polymer Arena”.
21:00. “Zirə” – “Şəfa”
Zirə İdman Kompleksinin stadionu.
17 avqust (bazar ertəsi)
19:30. “Qarabağ” – “Şamaxı”
Tofiq Bəhramov adına Respublika Stadionu.
Qeyd edək ki, ilk turun bütün oyunları Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanacaq.
“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib
"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq
Valdas Dambrauskas: Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik
UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub