×
A
A
A
Sazlamalar

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

Bakı, 10 avqust, AZƏRTAC
Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Misli” brendi ilə Peşəkar Futbol Liqası (PFL) arasında Azərbaycan Premyer Liqasının titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, razılığa əsasən, “Misli” 2026/2027-ci illər mövsümündə də Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı “Misli Premyer Liqası” adlanacaq.
Qeyd edək ki, Premyer Liqada yeni mövsümə avqustun 14-də start veriləcək.

İdman 2026-08-10 13:24:00