


İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib
Bakı, 9 avqust, AZƏRTAC
İraq təhlükəsizlik qüvvələri qonşu ölkəyə dron hücumu planlaşdıran paramilitar qruplaşmanın tərəfdarlarını həbs edib.
AZƏRTAC “Əl Hadat” telekanalına istinadla xəbər verir ki, söhbət Babil əyalətində hərbi qruplaşmaya mənsub üç nəfərdən gedir.
Onlardan ölkə xaricində hücumlar üçün hazırlanmış bir neçə qabaqcıl pilotsuz uçuş aparatı müsadirə edilib.
Həbs olunanların dron təlimi üzrə iranlı mütəxəssislərlə əlaqələrinin olduğu iddia edilir.
İraq hökuməti hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Siciliya sahillərində Roma İmperiyasına aid batmış gəmi tapılıb
İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib
Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək
Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib
Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir