


Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib
Bakı, 8 avqust, AZƏRTAC
Almaniya Federal Polisi Leypsiq-Halle aeroportunda baş verən dron hadisəsindən sonra əks tədbirləri gücləndirib.
AZAZƏRTAC DPA informasiya agentliyinə istinadən xəbər verir ki, hava limanının müşahidə qüllələrindən birində mobil antidron sistemi quraşdırılıb. Buraya uzun məsafələrdə pilotsuz uçuş aparatlarını (PUA) aşkarlaya və izləyə bilən radar sistemi daxildir. Bundan əlavə, aeroportda ən müasir dron aşkarlama texnologiyası, radiomaneələr və hətta Federal Polisin tutucu dronlarla təchiz olunmuş xüsusi antidron bölməsi yerləşdiriləcək.
Qeyd edək ki, avqustun 5-də gecə saatlarında Leypsiq-Halle hava limanı cənub uçuş-enmə zolağının yaxınlığında naməlum pilotsuz uçuş aparatı aşkar edilib. Bundan sonra hava limanında uçuşlar dayandırılıb. Bir neçə təyyarə digər hava limanlarına yönləndirilib. Çərşənbə axşamı isə aeroportda çalışan avtobus sürücüsü Ukraynaya məxsus Antonov yük təyyarəsinin yaxınlığında əldəqayırma partlayıcı qurğu daşıyan dron aşkar edib. Araşdırmalardan sonra cihazın üzərində detonator tapılıb.
Bundan əlavə, hava limanının bağlanması səbəbindən enişi dayandırmaq məcburiyyətində qalan yük təyyarəsi gecə ikinci PUA ilə toqquşub. Hannoverə məcburi eniş edən təyyarəyə kiçik ziyan dəyib. Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt hadisəni "hibrid hücum ssenarisi" kimi təsvir edib. O, hadisəni törədənlərin "xarici dövlətlər" olması ehtimalını istisna etməyib. Almaniya Baş Prokurorluğu dron hadisəsi ilə bağlı istintaqı öz üzərinə götürüb.
İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib
Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək
Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib
Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir
Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb