


“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində
Bakı, 7 avqust, AZƏRTAC
Futbol üzrə Qazaxıstan millisinin yeni baş məşqçisi məlum olub.
AZƏRTAC Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə niderlandlı mütəxəssis Con van Şip gətirilib. Yaxın günlərdə çalışdırıcı ilə rəsmi müqavilə imzalanacaq.
Con van Şip məşqçilik fəaliyyətinə "Ayaks" klubunda başlayıb. O, müxtəlif illərdə Amsterdam təmsilçisi ilə yanaşı, "Tvente", "Zvolle", Meksikanın "Qvadalaxara" və Avstraliyanın "Melburn Siti" komandalarını çalışdırıb. Niderlandlı mütəxəssis 2016-cı ildə "Melburn Siti" ilə Avstraliya Kubokunun qalibi olub. Milli komandalar səviyyəsində isə Yunanıstan və Ermənistan yığmalarına rəhbərlik edib.
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində