


Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb
Bakı, 7 avqust, AZƏRTAC
Bakı Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildirilib ki, avqustun 4-6-da təşkil olunan yarışın son günündə yeniyetmələr (2013-cü il təvəllüdlülər) və gənclər (2011–2012-ci il təvəllüdlülər) arasında fərdi proqram üzrə halqa, top, gürzlər və lent alətlərində final çıxışları baş tutub.
Final yarışlarının nəticələrinə əsasən, yeniyetmələr arasında halqa və top proqramlarında Amina Novruzova (BGM), gürzlər və lent üzrə isə Güllüzar Şərifova (OCAQ) qızıl medala layiq görülüb.
Gənclər arasında halqa, top və gürzlər üzrə Nur Sadıqova (RKİM), lent proqramında isə Leyla Nemakina (OCAQ) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Üç gün davam edən ölkə çempionatında gimnastlar fərdi çoxnövçülük və ayrı-ayrı alətlər üzrə bacarıqlarını nümayiş etdiriblər. Final mərhələsində ən güclü idmançılar medallar uğrunda mübarizə aparıblar.
Yarışın yekununda qaliblər və mükafatçılar diplom və medallarla təltif ediliblər.
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı gənc gimnastların hazırlıq səviyyəsinin qiymətləndirilməsi, onların yarış təcrübəsinin artırılması və gələcək beynəlxalq turnirlərə hazırlığı baxımından mühüm əhəmiyyət daşıyıb.
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində