


Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq
Bakı, 7 avqust, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının tərəfdaşlığı, Azərbaycan Milli Elmlər Akademiyası Gənclər Akademiyasının təşkilatçılığı ilə sentyabrın 2-dən 7-dək Şəki Olimpiya İdman Kompleksində yay düşərgəsi təşkil ediləcək.
Gənclər Akademiyasından AZƏRTAC-a bildirilib ki, “Kəndə gəl” şüarı ilə təşkil olunan düşərgə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində regionların və kənd ekoturizminin inkişafına həsr olunub.
Düşərgə regionların davamlı inkişafı və kənd ekoturizminin təşviqi mövzusuna həsr olunub.
Layihənin əsas məqsədi gənc alim və mütəxəssislərin regionların dayanıqlı inkişafı, kənd yaşayış məntəqələrinin müasir inkişaf istiqamətləri, ekoturizm potensialı və şəhərsalma sahəsində biliklərinin artırılması, elmi fikir mübadiləsinin genişləndirilməsi, yeni əməkdaşlıqların qurulması, eləcə də gənclərin ölkənin regional inkişafına elmi baxımdan töhfə vermələrinin təşviq edilməsidir. Düşərgədə respublikanın müxtəlif elm və ali təhsil müəssisələrini təmsil edən 35 yaşadək gənc alim və mütəxəssislər, doktorantlar və magistrantlar iştirak edəcəklər. Proqram çərçivəsində panel müzakirələri, təlimlər, ustad dərsləri, intellektual oyunlar, komanda fəaliyyətləri, həmçinin iştirakçıların Şəkinin zəngin tarixi-mədəni irsi və turizm potensialı ilə yaxından tanışlığı nəzərdə tutulur.
Qeydiyyat avqustun 26-dək davam edəcək.
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq
BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək