


Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib
Naxçıvan, 7 avqust, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın “Təhsil müəssisələrində şagird-kompüter nisbətinin yaxşılaşdırılması” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinə 2255 kompüter təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kompüterlər şagird sayı çox olan Naxçıvan şəhəri və rayon mərkəzlərində yerləşən ümumtəhsil məktəblərinə paylanılıb.
Qeyd edək ki, bu addım təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, rəqəmsal təhsil imkanlarının genişləndirilməsinə və şagird-kompüter nisbətinin ölkə üzrə orta göstəriciyə (6:1) uyğunlaşdırılmasına xidmət edir.
Müxbir - Nail Əsgərov
Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib
Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq
Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir
Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib