


ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) yüksək nəticə ilə seçən tələbələr üçün yeni təqaüd imkanı yaradılıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, 600 bal və daha yüksək nəticə ilə ADPU-ya qəbul olunan ilk 10 tələbə tədris ilinin ilk semestri ərzində aylıq 200 AZN məbləğində xüsusi “Uğur” təqaüdü qazanacaq.
“Uğur” xüsusi təqaüd proqramı ADPU-ya ən yüksək balla qəbul olaraq “Firudin bəy Köçərli” təqaüdü qazanan tələbədən sonra növbəti yerlərdə qərarlaşan, qəbul imtahanında 600 və daha yüksək bal toplayan ilk 10 tələbəyə şamil olunur.
“Firudin bəy Köçərli” təqaüdü ADPU-ya ən yüksək nəticə ilə qəbul olunan tələbələrə bir il müddətində aylıq 125 AZN məbləğində təqdim edilir.
Yeni “Uğur” proqramı yüksək nəticə göstərən tələbələrin universitetə cəlb olunmasını və onların təhsil uğurlarının stimullaşdırılmasını hədəfləyir.
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq
BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək