×
A
A
A
Sazlamalar

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Bakı, 7 avqust, AZƏRTAC

“Fitch Ratings” Agentliyi tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) fəaliyyətinin növbəti qiymətləndirilməsi həyata keçirilib.
İKZF-dən AZƏRTAC-a bildirilib ki, agentliyin qiymətləndirməsinə əsasən, fondun uzunmüddətli xarici və yerli valyutada reytinqi ölkə reytinqinə bərabər “BBB-/Stabil” səviyyəsində təsdiq edilib.
“Fitch”in mövqeyinə görə reytinqin ölkə reytinqinə bərabər “BBB-” səviyyəsində (proqnoz “stabil”) təsdiq olunması fond ilə dövlət arasında möhkəm əlaqələrin olması, habelə fondun əhalinin əlverişli şərtlərlə mənzil təminatında mühüm dövlət siyasəti funksiyasını yerinə yetirməsi ilə bağlıdır. Agentlik fondun qeyri-kommersiya missiyasına baxmayaraq, onun maliyyə dayanıqlılığını, aktivlərin keyfiyyətini, məqbul likvidlik mövqeyini xüsusi qeyd edib.
“Fitch Ratings” Agentliyi 2009-cu ildən etibarən fondun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir və onun müstəqil kredit reytinqini açıqlayır.

İqtisadiyyat 2026-08-07 11:11:00