


Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək
Bakı, 7 avqust, AZƏRTAC
Avqustun 14–16-da Bakıda badminton üzrə “Azerbaijan Junior Open 2026” beynəlxalq turniri keçiriləcək.
Azərbaycan Badminton Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, badminton zalında təşkil olunacaq yarışda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, ABŞ, İran, Hindistan, Özbəkistan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstanı təmsil edən idmançılar da mübarizə aparacaqlar.
Turnirin ümumi mükafat fondu 5 min ABŞ dolları (təxminən 8 500 manat) təşkil edir.
Azərbaycan yarışda baş məşqçi Morteza Validarvinin rəhbərliyi altında ümumilikdə 22 yeniyetmə (13 qız və 9 oğlan) badmintonçu ilə təmsil olunacaq.
Beş kateqoriya üzrə keçiriləcək yarışlara avqustun 14-də saat 09:00-da start veriləcək. Turnirə avqustun 16-da baş tutacaq final qarşılaşmaları ilə yekun vurulacaq.
Yarışın baş hakimi yunanıstanlı mütəxəssis Xristos Evangelidis olacaq.
“Azerbaijan Junior Open 2026” Azərbaycanda “Junior International Series” kateqoriyası üzrə keçiriləcək ilk beynəlxalq badminton turniridir.
Turnirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmə badmintonçuların beynəlxalq yarış təcrübəsinin artırılması, onların peşəkar inkişafına dəstək göstərilməsi və idmançılar arasında rəqabət mühitinin gücləndirilməsidir.
Vidadi Rzayev: Qarabağ” son 3 oyunda qol vura bilməsə də, transferləri uğursuz hesab etmirəm
Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək
"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb
Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub
Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2