×
A
A
A
Sazlamalar

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

Bakı, 7 avqust, AZƏRTAC

Ötən gün "Yeni Xan qızı" kanalının Beyləqan rayonu, Birinci Şahsevən kəndindən keçən hissəsində 1 nəfər batıb.
FHN-dən AZƏRTAC-a bildirilib ki, nazirliyin “112" qaynar telefon xəttinə bu barədə məlumat daxil olduqdan sonra dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb edilib.
Hazırda 2005-ci il təvəllüdlü Əhmədov Amin Zamir oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Cəmiyyət 2026-08-07 10:02:00

Video