


“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb
Bakı, 7 avqust, AZƏRTAC
2026-cı ilin yanvar-iyul ayları ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 700 min 598 bilet əldə edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək çoxdur.
Bu ilin 7 ayı ərzində onlayn bilet satışının həcmi də artaraq 42 faizə yüksəlib. Ötən ilin müvafiq dövründə bu göstərici 27,4 faiz olub.
2025-ci ilin yanvar-iyul ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 35% idisə, cari ilin müvafiq dövründə bu göstərici 48 faizə yüksəlib.
Qeyd edək ki, “biletim.az” portalında 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 372 reys olmaqla 420 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyasiya təlimi keçirib
Dövlət Neft Fondu Perunun ən böyük elektrik enerjisi istehsalçısı olan şirkətə investisiya yatırıb
Qeyri-peşəkar müdaxilələr avtomobillərdə yanğın təhlükəsi yaradır – Ekspert rəyi