


Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar
Bakı, 7 avqust, AZƏRTAC
Amerikalı astronavtlar Cessika Meir və Anil Menon orbital laboratoriyanın xarici hissəsində quraşdırma işlərini uğurla başa vuraraq Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Hazırda Beynəlxalq Kosmik Stansiyada yeddi nəfərlik heyət çalışır. Heyətə “Roskosmos” kosmonavtları Pyotr Dubrov, Anna Kikina və Andrey Fedyayev, NASA astronavtları Cessika Meyr, Anil Menon və Cek Heteuey, eləcə də Avropa Kosmik Agentliyinin fransalı astronavtı Sofi Adeneau daxildir.
Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib
Tailandda məktəbdə baş verən atışma nəticəsində iki nəfər həlak olub
Avropada istidən 25 mindən çox insan ölüb
Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib