


Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Astana, 6 avqust, AZƏRTAC
Azərbaycan Aktauda rəsmi açılışı keçirilən “Caspian Sea Action Week 2026” Beynəlxalq Fəaliyyət Həftəsində təmsil olunur.
AZƏRTAC Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinə istinadla xəbər verir ki, avqustun 12-dək davam edəcək tədbirlər Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunub.
Beynəlxalq Fəaliyyət Həftəsində Azərbaycan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistandan nümayəndə heyətləri, BMT Könüllüləri Proqramının (UN Volunteers) Baş Qərargahının nümayəndə heyəti, Xəzər dənizi üzrə Tehran Konvensiyasının, beynəlxalq ekoloji təşkilatların nümayəndələri, həmçinin Qazaxıstanın bütün regionlarından könüllülər iştirak edirlər.
Həftə çərçivəsində beynəlxalq ekoloji aksiyalar, ekspert görüşləri, tematik sessiyalar, mədəni və idman tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bütün bu tədbirlər ekoloji könüllülüyün inkişafına və dayanıqlı inkişaf sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.
Beynəlxalq Fəaliyyət Həftəsi avqustun 12-də keçiriləcək Caspian Talks Beynəlxalq Könüllülər Sammiti ilə yekunlaşacaq.
Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb