


DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 6 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev avqustun 21-də saat 11:00-da Tovuzda rayon sakinlərini qəbul edəcək.
Bu barədə AZƏRTAC-a DSMF-dən məlumat verilib.
“Pensiya, sosial müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, avqustun 13-dək fondun Tovuz rayonunda yerləşən Qazax-Tovuz Regional Filialına müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, [email protected] elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz”, - deyə məlumatda vurğulanıb.
İmişlidə traktorun altında qalan uşaq ölüb
Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO
Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO