


Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO
Hacıqabul, 6 avqust, AZƏRTAC
Hacıqabul rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Kəlbəcər rayon sakini Əli Süleyman oğlu Həsənovun idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb.
Hadisə zamanı avtomobilin sürücüsü yüngül xəsarət alıb, sərnişin - Salyan rayonunun Kolanı kənd sakini, 1961-ci il təvəllüdlü Aydın Əmrah oğlu Allahyarov isə ağır yaralanıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Aydın Yavərzadə
İmişlidə traktorun altında qalan uşaq ölüb
Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO
Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO