×
A
A
A
Sazlamalar

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Bakı, 6 avqust, AZƏRTAC

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinə avqustun 8-i saat 11:00-dan etibarən başlanılır.
Bu barədə AZƏRTAC-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, namizədlər şəxsi kabinetlərinə daxil olaraq vakansiya seçimini həyata keçirə bilərlər.
Vakansiya seçimi mərhələsi avqustun 10-u saat 11:00-dək davam edəcək.
Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmaları, seçimlərini tamamladıqdan sonra elektron ərizələrini mütləq təsdiqləmələri tövsiyə edilir.
Qeyd olunub ki, vakant yer tutduqdan sonra həmin yerdən imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin edilməyəcək.

Elm və təhsil 2026-08-06 17:48:00