


İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub
Ankara, 6 avqust, AZƏRTAC
Bu ilin birinci yarısında Türkiyədən Azərbaycana günəş eynəkləri ixracının dəyəri 309.200 dollar təşkil edib.
AZƏRTAC Türkiyə Statistika İnstitutunun (TÜİK) 2026-cı ilin yanvar-iyun ayları üzrə xarici ticarət məlumatlarına istinadla xəbər verir ki, Türkiyənin günəş eynəyi istehsalçıları üçün ən böyük bazar İtaliya olub (3,6 milyon dollar). Şimali Kipr Türk Cümhuriyyəti 1,4 milyon dollarlıq ixracla ikinci yerdədir.
İxracatçılar, həmçinin Səudiyyə Ərəbistanına (337.600 dollar), BƏƏ-yə (332.800 dollar), Azərbaycana (309.200 dollar) və Rusiyaya (216.500 dollar) bu malları tədarük ediblər.
Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib