


Azərbaycanda zubrların sayı 89-a çatıb
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın 2023-cü ildə hazırlanmış III nəşrinə 241 fauna və 460 flora növü daxil edilib. İlk dəfə tərtib olunan “Çəhrayı Siyahı”da mühafizə tədbirləri nəticəsində populyasiyasında müsbət dinamika müşahidə olunan 51 bitki və 42 heyvan növü yer alıb. Bunların arasında Xəzər səhləbi, Eyxler dağlaləsi, soyuq novruzçiçəyi, Qafqaz bənövşəsi, Qafqaz xurması, qonur ayı, qamışlıq pişiyi, Hind tirəndazı, Qafqaz qırqovulu və digər növlər var.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nadir növlərin mühafizəsi istiqamətində 2024-cü ildən etibarən 10 mikrorezervat yaradılıb, həmin ərazilərə təbiət abidəsi statusu verilib və 7,5 kilometr uzunluğunda mühafizə çəpərləri çəkilib.
Eyni zamanda, diqqətə çatdırılıb ki, 2010-cu ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində 443 baş ceyran tarixi areallarına reintroduksiya edilib. Avropa zubrunun reintroduksiyası layihəsi çərçivəsində isə ölkəyə gətirilən zubrların sayı təbii artımla birlikdə 89 başa çatıb.
Müxbir – Göyçək Mahmudlu
Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Azərbaycanda zubrların sayı 89-a çatıb
Sabahın hava proqnozu açıqlanıb
Bəzi rayonlarda yağış yağıb, hazırda Bakıda və bölgələrdə külək əsir
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti məlum olub