


Yarım ildə Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü 63,7 milyon kubmetr olub
Bakı, 6 avqust, AZƏRTAC
Bu ilin ilk altı ayı ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ixrac üçün gündəlik orta ötürücülük gücü 63,7 milyon kubmetr təşkil edib.
bp şirkətindən AZƏRTAC-a bildirilib ki, ilin birinci yarısında CQBK-nın əməliyyat xərcləri təqribən 41 milyon dollar, əsaslı xərcləri isə təxminən 19 milyon dollar olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Cari il iyulun 1-dən CQBK-nın ümumi operatorluğu “BP Exploration (Caspian Sea) Limited” şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan “SOCAR Midstream Operations” MMC-yə keçib.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), “LUKOIL” (19,99%), “TPAO” (19%), “NICO” (10%).
Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib