


ABŞ alimləri qida allergiyasına qarşı yeni müalicə üsulunu tapmağa çalışırlar
Bakı, 6 avqust, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarında (ABŞ) təxminən 33 milyon insan ağır qida allergiyalarından əziyyət çəkir. Boston Uşaq Xəstəxanasının tədqiqatçıları bununla bağlı ümidverici həll yolu tapa biləcəklərini düşünürlər.
AZƏRTAC xəbər verir ki, ABŞ-də Qida Allergiyası Proqramının və Allergen İmmunoterapiyası Proqramının direktoru Rima Rachid, Tərcüməvi immunologiya şöbəsinin direktoru Talal Chatila və həmkarları bu istiqamətdə kiçikhəcmli klinik sınaq həyata keçiriblər.
Tədqiqat ilk dəfə göstərib ki, mikrobiomaya əsaslanan müalicə insanlarda qida allergiyasını yaxşılaşdıra bilər. Eyni zamanda, araşdırma bağırsaq bakteriyalarının, onların metabolitlərinin və immun sisteminin müalicəyə necə təsir göstərdiyini ortaya qoyub. “İndi daha geniş tədqiqatlara ehtiyac var ki, bu nəticələr təsdiqlənsin, ən çox fayda görəcək xəstələr müəyyən edilsin və gələcəkdə qida allergiyasına qarşı hədəflənmiş probiotik müalicələrin hazırlanması üçün faydalı bakteriyalar aşkarlansın”, - deyə R. Rachid bildirib.
O deyib ki, fıstıq, qoz və fındıq ən ağır və həyati təhlükəli allergik reaksiyalara səbəb olur. Müəyyən anticisim əsaslı dərmanlar və ya az dozalı immunoterapiya xəstələrin həmin qidalara qarşı dözümlülüyünü artıra bilər. Lakin müalicə dayandırıldıqdan sonra allergik reaksiyalar yenidən qayıdır.
R. Rachid qida allergiyasına qarşı yeni müalicə üsulu ilə bağlı tədqiqatları davam etdirir.
Qeyd edək ki, bu tədqiqatlar barədə “Science Translational Medicine” jurnalında məlumat verilib.
Müxbir - Günel Türksoy
Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb