


Naxçıvanda birinci yarımildə narkotiklə əlaqəli 8 cinayət faktı aşkarlanıb VİDEO
Naxçıvan, 6 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətkarlığın qarşısının alınması və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində polis əməkdaşları tərəfindən son 6 ay ərzində kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, nəticədə, müxtəlif hüquqazidd əməllərin törədilməsində şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Ticarət obyektlərindən, mənzillərdən və digər ərazilərdən pul, qızıl-zinət əşyaları, əlvan metallar, məişət əşyaları oğurlamaqda şübhəli bilinən 89 nəfər məsuliyyətə cəlb olunub.
Muxtar respublika ərazisində narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən 11 nəfər saxlanılıb.
Bununla yanaşı, qeyd edilən dövrdə narkotiklə əlaqəli 8 cinayət faktı aşkarlanıb, şübhəli şəxslər barəsində məsuliyyət tədbirləri görülüb.
Polis əməkdaşları tərəfindən yabanı halda bitmiş 19,218 ton çəkidə 230 min 632 ədəd çətənə və xaşxaş kolu aşkarlanaraq məhv olunub. Bu istiqamətdə qətiyyətli mübarizə davam etdirilir.
Müxbir - Nail Əsgərov
Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb
İmişlidə traktorun altında qalan uşaq ölüb
Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO