


Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 12:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 6 avqust, AZƏRTAC
Xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfər edib.
ÜST: Dünyada viral hepatitdən hər gün təqribən 3,5 min nəfər ölür.
Konfrans Liqası: “Qarabağ” bu gün Kiyev “Dinamo”su ilə qarşılaşacaq.
ABŞ-də silahlı hücum baş verib, ölən və yaralananlar var.
Alimlər qlobal demoqrafik proseslərlə bağlı tədqiqat aparıblar.
Bakı-Tbilisi-Bakı marşrutu üzrə bilet satışının müddəti mərhələli şəkildə 90 günədək artırılır.
Qubada 3 avtomobil toqquşub, 5 nəfər xəsarət alıb.
Azərbaycanın və Ukraynanın xarici işlər nazirləri ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər.
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir.
Dövlət Komitəsi vahid aylıq müavinətin təyin edilməsi ilə bağlı məsələlərə aydınlıq gətirib.
Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb