


Pakistan səfiri Azərbaycanla əlaqələrin əhəmiyyətini qeyd edib
Moskva, 6 avqust, AZƏRTAC
İslamabad Moskva, Bakı və İrəvanla əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verir.
AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın Rusiyadakı səfiri Feysəl Niyaz Tirmizi TASS agentliyinə müsahibəsində bildirib.
O, Pakistanın Cənubi Qafqaz dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu, Azərbaycan və Ermənistanla əlaqələrin gücləndirilməsini vacib hesab etdiyini bildirib.
Diplomat Pakistanın Cənubi Qafqaz regionu ölkələri ilə əməkdaşlığının geniş perspektivləri olduğunu qeyd edib.
Səfir, həmçinin Pakistanın Cənubi Qafqazla mövcud tarixi əlaqələrinə diqqət çəkib. O, buna misal olaraq, adı Pakistanın Multan şəhəri ilə bağlı olan tarixi Multanı karvansarasının Bakıda yerləşdiyini qeyd edib.
Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb