


Gənc tədqiqatçılara beynəlxalq əqli mülkiyyət müsabiqəsinin imkanları təqdim olunub
Bakı, 6 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Belarus Milli Əqli Mülkiyyət Mərkəzi tərəfindən təşkil olunan “Əqli mülkiyyət sahəsində gənclər arasında elmi işlər müsabiqəsi (2025–2026-cı tədris ili)” proqramı ilə bağlı institutun gənc tədqiqatçıları üçün məlumatlandırıcı görüş təşkil olunub.
Kimya İnstitutundan AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi iştirakçıları müsabiqənin şərtləri, iştirak qaydaları və təqdim etdiyi imkanlar barədə məlumatlandırmaq, gənc tədqiqatçıların əqli mülkiyyət sahəsinə marağını artırmaq olub.
Tədbirdə institutun Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri Sevinc Həsənova ölkədə həyata keçirilən gənclər siyasətindən, Prezident İlham Əliyevin gənclərin elmi fəaliyyətinin dəstəklənməsinə yönəlmiş təşəbbüslərindən bəhs edib. O, institutda elmi fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində görülən tədbirlər haqqında məlumat verib. Sevinc Həsənova gənc tədqiqatçıları beynəlxalq müsabiqə və elmi seminarlarda fəal iştirak etməyə çağırıb. O, bu cür platformaların onların peşəkar inkişafı və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra institutun Beynəlxalq əməkdaşlıq sektorunun müdiri Natiq Salahov Belarus Milli Əqli Mülkiyyət Mərkəzinin elan etdiyi müsabiqə barədə ətraflı məlumat verib. O, müsabiqənin qaydaları, iştirak şərtləri, qiymətləndirmə meyarları və iştirakçılar üçün yaratdığı imkanlar barədə danışaraq gənc alimlərin suallarını cavablandırıb.
Qeyd edək ki, Belarus Milli Əqli Mülkiyyət Mərkəzi tərəfindən təşkil olunan “Əqli mülkiyyət sahəsində gənclər arasında elmi işlər müsabiqəsi (2025–2026-cı tədris ili)” gənclərin elmi potensialının üzə çıxarılması, əqli mülkiyyətin idarə olunması sahəsində aktual problemlərin araşdırılması, innovativ yanaşmaların təşviqi və bu sahəyə maraq göstərən gənc mütəxəssislərin həvəsləndirilməsi məqsədi daşıyır.
MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır
2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək
Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir
Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir