


Üç məktəbəqədər təhsil müəssisəsi BŞTİ-nin tabeliyinə verilib
Bakı, 6 avqust, AZƏRTAC
Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən 3 məktəbəqədər təhsil müəssisəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyinə verilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, söhbət Nəsimi rayonunda yerləşən 355 və 357 nömrəli, eləcə də Səbail rayonundakı 356 nömrəli körpələr evi-uşaq bağçalarından gedir.
Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılsa da, həmin bağçalarda qrupların komplektləşdirilməsinə dəstək məqsədilə qeydiyyat elektron sistem üzərindən davam etdirilir. Valideynlər hər üç bağça üzrə “bq.edu.az” elektron qeydiyyat sistemi vasitəsilə müraciət edə bilərlər.
Məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, infrastrukturun yenilənməsi və uşaqların təlim-tərbiyəsi üçün yaradılan şəraitin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bununla yanaşı, məktəbəqədər təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və müəssisələrdə çalışan heyətin peşəkarlığının artırılması prioritet istiqamətlərdən biridir.
MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır
2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək
Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir
Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir