


Paytaxtda antisanitar şəraitdə fəaliyyət göstərən iki iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları vətəndaş müraciətləri əsasında Bakı şəhərinin Nərimanov (A.Heydərov küçəsi 102G ünvanında yerləşən, fiziki şəxs Əminə Hacıağa qızı Hacıağayevaya məxsus ictimai iaşə obyekti) və Səbail (İ.Əfəndiyev küçəsi, ev 10 ünvanında yerləşən, fiziki şəxs Rahilə Dilqəm qızı Məmmədzadəyə məxsus unlu məmulatların emalı müəssisəsi) rayonlarında fəaliyyət göstərən iki ictimai iaşə obyektində plandankənar yoxlamalar aparıblar.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, yoxlamalar zamanı hər iki müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin sanitariya-gigiyena və texnoloji tələblərin pozulduğu müəyyən edilib. Obyektlərdə havalandırma sistemləri ilə bağlı çatışmazlıqlar, eləcə də digər uyğunsuzluqlar aşkarlanıb.
Aşkarlanmış nöqsanlarla bağlı inzibati protokollar tərtib edilib. Nöqsanlar aradan qaldırılanadək obyektlərin fəaliyyəti məhdudlaşdırılıb. Unlu məmulatların istehsalı ilə məşğul olan müəssisədən götürülmüş məhsul nümunələri laborator müayinəyə göndərilib.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
Daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.
Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb