


Aygün Attar: Qarabağ Zəfəri Azərbaycan–Türkiyə münasibətləri baxımından böyük əhəmiyyət daşıyır
Bakı, 6 avqust, AZƏRTAC
Qarabağ müharibəsində möhtəşəm bir Zəfər qazanıldı. Bu Zəfər elə böyük, elə şərəfli və çətin mübarizənin nəticəsi idi ki, onun həqiqi dəyərini zaman keçdikcə daha dərindən dərk edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri Aygün Attar “Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramı çərçivəsində keçirilən yekun tədbirdə söyləyib.
O bildirib ki, bu qələbənin həm Azərbaycan, həm Azərbaycan–Türkiyə münasibətləri baxımından, həm də bütövlükdə Türk dünyası üçün nə qədər böyük əhəmiyyət daşıdığını illər ötdükcə daha aydın anlayırıq.
A. Attar əlavə edib ki, 30 il ərzində Ermənistanın işğalı altında qalan, dağıntılar və ağrılarla xatırlanan Azərbaycan torpaqları bu gün yenidən həyat qazanır.
Fotoqraf – Tofiq Babayev
Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb