


UNEC aliminin Qarabağla bağlı analitik şərhi Koreyanın aparıcı beyin mərkəzində nəşr olunub
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hacıyevanın “Yenidənqurmadan dayanıqlı iqtisadi inkişafa: Azərbaycanın Qarabağ sənaye parklarının ilkin nəticələri” (Reconstruction to Self-Sustaining Growth: Early Performance of Azerbaijan’s Karabakh Industrial Parks) adlı analitik məqaləsi Koreya Respublikasının Beynəlxalq İqtisadi Siyasət İnstitutunun (KIEP) EMERiCs beynəlxalq analitik platformasında dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Qarabağ və Şərqi Zəngəzurda münaqişədənsonrakı bərpa və yenidənqurma prosesinin iqtisadi aspektləri, Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonasının ilkin fəaliyyət nəticələri, “Yaşıl Enerji Zonası” konsepsiyası, “Böyük Qayıdış” Proqramı, dayanıqlı inkişaf strategiyası, xarici investisiyaların rolu və regionun uzunmüddətli iqtisadi transformasiyası elmi əsaslarla təhlil edilib. Müəllif sənaye parklarının təkcə infrastruktur layihələri deyil, həm də Qarabağın iqtisadi müstəqilliyinə, məşğulluğun artırılmasına və qeyri-neft sektorunun inkişafına xidmət edən strateji inkişaf mexanizmləri olduğunu vurğulayır.
Nərgiz Hacıyeva siyasi elmlər üzrə ilk azərbaycanlı alimdir ki, analitik məqaləsi KIEP-in EMERiCs platformasında dərc olunub. Onun bu nəşri Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və dayanıqlı inkişaf modelinin beynəlxalq ekspert auditoriyasına təqdim olunmasına və ölkəmizin elmi mövqeyinin qlobal analitik müstəvidə tanıdılmasına töhfə verir.
MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır
2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək
Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir
Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir