


FHN küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib
Bakı, 6 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət ünvanlayıb.
AZƏRTAC FHN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə ediləcəyini nəzərə alaraq, nazirlik küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb və vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.
“Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə müraciətdə bildirilib.
Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb