


Nərimanov rayonunda binada baş verən yanğın söndürülüb, 1 nəfər xilas edilib
Bakı, 6 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Nadir Əliyev 5 ünvanında yerləşən dördmərtəbəli mansard tipli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının dördmərtəbəli mansard tipli binanın ikinci mərtəbəsində yerləşən ofisdə baş verdiyi məlum olub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Binada köməksiz vəziyyətdə qalmış 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.
Yanğın nəticəsində ümumi sahəsi 90 kvadratmetr olan beşotaqlı ofisin bir otağı 30 kvadratmetr sahədə və otaqdakı digər əşyalar yanıb.
Ofisin digər otaqları və binadakı başqa obyektlər yanğından mühafizə edilib.
Xəsarət alan olmayıb.
Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb