×
A
A
A
Sazlamalar

Son 7 ayda DSMF-dən alınan elektron arayışların sayı açıqlanıb

Bakı, 6 avqust, AZƏRTAC

Cari ilin yanvar–iyul ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 134 min 651 elektron arayış alınıb.
Bu barədə AZƏRTAC-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu arayışların 63 min 342-si pensiya, 31 min 98-i müavinət və təqaüd, 27 min 394-ü fərdi şəxsi hesab, 4647-si ünvanlı dövlət sosial yardımı, 1389-u ünvanlı dövlət sosial yardımı ödənişləri, 1527-si sağlamlıq imkanları məhdud olan uşaqlar, 5254-ü əlilliyi olan şəxslərə qulluqla bağlı olub.

 

Cəmiyyət 2026-08-06 10:38:00