


Zaqatala Kollecinin tələbələrinə Türkiyədə təcrübə imkanı: yeni memorandum imzalandı
Zaqatala, 6 avqust, AZƏRTAC
Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci ilə Sakarya Uygulamalı Bilimlər Universiteti (SUBÜ) arasında akademik, institusional və tətbiqyönümlü əməkdaşlığın inkişafını nəzərdə tutan anlaşma memorandumu imzalanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə kollecdən məlumat verilib. Bildirilib ki, memorandumu Sakarya Uygulamalı Bilimlər Universitetinin rektoru professor Mehmet Sarıbıyık və Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Dürrə Hacıyeva imzalayıbıar.
Əməkdaşlıq çərçivəsində əsas fəaliyyətlərin SUBÜ-nün orta ixtisas təhsilinə uyğun yüksək peşə məktəbləri (meslek yüksekokulları) ilə həyata keçirilməsi planlaşdırılır. Tərəflər orta ixtisas təhsili, tətbiqyönümlü təhsil, kənd təsərrüfatı, informasiya texnologiyaları, rəqəmsal transformasiya, idarəetmə və regional inkişaf istiqamətlərində birgə fəaliyyət göstərəcəklər. Eyni zamanda, tələbələr üçün layihə həftələri, müsabiqələr və hakatonların hazırlanması nəzərdə tutulur.
Memorandum çərçivəsində dayanıqlı kənd təsərrüfatı, avtomobil texnologiyaları, informasiya texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal kənd təsərrüfatı və süni intellekt tətbiqləri üzrə birgə seminarlar, təlimlər və praktiki fəaliyyətlər həyata keçirilməklə yanaşı, müəllim heyəti üçün də peşəkar inkişaf proqramları, təcrübə mübadiləsi və işyeri əsaslı öyrənmə modellərinin paylaşılması da əməkdaşlığın əsas istiqamətlərindəndir.
Üç il müddətinə qüvvədə olacaq əməkdaşlıq hər iki təhsil müəssisəsinin mövcud imkanları çərçivəsində həyata keçiriləcək, tələbələrin bilik və bacarıqlarının inkişafına, innovativ yanaşmaların tətbiqinə, eləcə də beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
Təhsil müəssisə rəhbərlərinin növbəti görüşünün Zaqatalada keçirilməsi planlaşdırılır.
Müxbir - Rasim İslamoğlu
Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb
İmişlidə traktorun altında qalan uşaq ölüb
Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO