×
A
A
A
Sazlamalar

Abşeron Sosial Xidmət Mərkəzinin benefisiarları üçün ekskursiya təşkil olunub

Bakı, 6 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron Sosial Xidmət Mərkəzi tərəfindən sosial reabilitasiya xidmətlərindən yararlanan əlilliyi olan uşaqlar və onların valideynləri üçün Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkına ekskursiya təşkil edilib.
Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib.
Bildirilib ki, tədbirin məqsədi ailələrin mənəvi dəstəklənməsi, uşaqların sosial fəallığının artırılması və asudə vaxtlarının səmərəli təşkili olub.
Ekskursiya çərçivəsində uşaqlar üçün müxtəlif interaktiv məşğələlər, komanda oyunları və əyləncəli proqramlar təşkil edilib.
Rəngarəng görüntülərlə yadda qalan bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Cəmiyyət 2026-08-06 10:18:00