


AQTİ “Vahid Sağlamlıq” Mentorluq Proqramına müraciətlərin qəbulunu elan edir
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi, bitki sağlamlığı, heyvan sağlamlığı və ictimai sağlamlıq sahələrində gələcəyin peşəkar mütəxəssislərinin hazırlanmasına yönəlmiş "Vahid Sağlamlıq" Mentorluq Proqramına müraciətlərin qəbulunu elan edir.
Bu barədə AZƏRTAC-a AQTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Əgər bu sahələrdə təhsil alırsınızsa, bilik və bacarıqlarınızı inkişaf etdirmək, ölkənin aparıcı mütəxəssislərindən öyrənmək və peşəkar inkişaf yolunuzda yeni imkanlar qazanmaq istəyirsinizsə, siz də proqramda iştirak edə bilərsiniz”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, proqramın məqsədi "Vahid Sağlamlıq" yanaşmasının təşviqi, iştirakçıların nəzəri və praktiki biliklərinin artırılması və gələcəkdə bu sahələrdə aparıcı rol oynaya biləcək yüksəkixtisaslı insan kapitalının formalaşdırılmasına töhfə verməkdir.
Mentorluq proqramına seçilən iştirakçılar:
• AQTİ-nin rəhbər heyəti və ölkənin aparıcı ekspertləri ilə birbaşa ünsiyyət və mentorluq imkanı əldə edəcəklər;
• qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, eləcə də ictimai sağlamlıq istiqamətlərində aktual mövzular üzrə biliklərini inkişaf etdirəcəklər;
• idarəçilik, elmi yanaşma və qlobal çağırışlar üzrə praktiki təcrübə və tövsiyələr qazanacaqlar;
• peşəkar əlaqələrini genişləndirərək gələcək karyera inkişafı üçün yeni imkanlar əldə edəcəklər.
Proqramın müddəti 12 həftədir.
Proqramın başlanğıc tarixi sentyabrın 15-dir.
Müraciətlər avqustun 5–25-də qəbul olunur.
Proqrama müraciətlər kompleks qiymətləndirmə əsasında dəyərləndiriləcək. Namizədlərin təhsil göstəriciləri, motivasiya məktubu və digər təqdim etdikləri məlumatlar ilkin mərhələdə qiymətləndiriləcək. İlkin qiymətləndirmənin nəticələrinə əsasən, müsahibə mərhələsinə seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Ətraflı məlumat və müraciət üçün linkə keçid edə bilərsiniz.
Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb