


Bu gündən məktəb direktorlarının işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Bakı, 6 avqust, AZƏRTAC
Bu gündən məktəb direktorlarının işə qəbulu üzrə müsabiqənin şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələri üzrə müsahibə mərhələsinə başlanılır.
Bu barədə AZƏRTAC-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, müsabiqə üzrə ərizə qəbulu iyunun 29-dan iyulun 8-dək həyata keçirilib. Müsahibələr mərkəzləşdirilmiş qaydada Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində təşkil olunacaq.
Namizədlər müsabiqə qaydalarına uyğun olaraq, uyğun namizəd müəyyən edilənədək ardıcıllıq prinsipi əsasında müsahibəyə dəvət olunacaqlar.
Namizədlər komissiya üzvləri tərəfindən liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji bacarıqlar, həmçinin sosial və emosional bacarıqlar olmaqla 7 meyar üzrə qiymətləndiriləcəklər.
Müsahibə mərhələsinə dəvətlə bağlı bildirişlər mərhələli şəkildə namizədlərin şəxsi səhifələrinə göndərilir. Bu səbəbdən namizədlərə şəxsi səhifələrini mütəmadi izləmələri tövsiyə olunur.
MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır
2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək
Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir
Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir